Cəmiyyət

Səfər Əbiyevdən xaricə köçməsi xəbərinə REAKSİYA: "Ay kişi, nə istəyirsən?"

20 Jan 2026, 15:24 2 baxış
Səfər Əbiyevdən xaricə köçməsi xəbərinə REAKSİYA: "Ay kişi, nə istəyirsən?"
"Qardaşım uzun müddət xəstə idi, həmin xəstəlikdən vəfat etdi". Oxu.Az xəbər verir ki, bu sözləri qardaşının ölüm xəbərinin yayılması ilə bağlı Manset.az-a açıqlamasında sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bildirib. Keçmiş nazir vətəndən xaricə köçməsi ilə bağlı sualı eşidərkən əsəbiləşib: "Ay kişi, nə istəyirsən sən? Yazırlar ki, Əbiyev xaricə köçdü. Mən heç yerə köçməmişəm, vətənimdəyəm". "Hazırda nə işlə məşğulsunuz?" sualına isə Səfər Əbiyev belə cavab verib: "Jurnalistlər bir çox suallara cavab axtarırlar. Hazırda öz işlərimlə məşğulam, nəvələrimlə oynayıram. Bəsdir, sual verdin!" - deyə keçmiş müdafiə naziri bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər