Cəmiyyət

Bakı-Astara yolundan şikayət - Xətlənməyən ərazilərdə TƏHLÜKƏLİ DURUM

20 Jan 2026, 15:34 2 baxış
Bakı-Astara yolundan şikayət - Xətlənməyən ərazilərdə TƏHLÜKƏLİ DURUM
Bakı-Astara avtomobil yolunun bəzi hissələrində nişanlanma xətlərinin olmaması sürücülərin narazılığına səbəb olub. Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntü yayılıb.
Görüntünü paylaşan şəxs bildirib ki, sözügedən yolda Alar-Cəlilabad istiqamətində xətlənmə işləri aparılmayıb. Bu vəziyyət isə xüsusilə günün qaranlıq saatlarında hərəkət edən sürücülər üçün ciddi təhlükə yaradır. Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov qeyd edib ki, regionlarda, o cümlədən ölkənin cənub bölgəsində yol nişanlarının quraşdırılması və nişanlanma xətlərinin yenilənməsi işləri həyata keçirilir:
"Artıq Cəlilabad, Masallı, Astara və Lənkəran rayonlarında işlər görülüb. Sözügedən ərazidə də plan üzrə xətlənmənin həyata keçirilməsi nəzərdə tutulub". Əzizə İsmayılova
Bakı-Astara yolundan şikayət - Xətlənməyən ərazilərdə TƏHLÜKƏLİ DURUM
Mənbə oxu.az

Oxşar Xəbərlər