İdman
"Ayntraxt Frankfurt"un baş məşqçi əvəzi: "Qalib gələcəyimizə inanıram"
"Bakıya yaxşı əhval-ruhiyyədə gedirik". Oxu.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunun "Qarabağ" - "Ayntraxt Frankfurt" matçından əvvəl keçirilən mətbuat konfransında Almaniya təmsilçisinin baş məşqçi səlahiyyətlərini icra edən Dennis Şmitt deyib. O bildirib ki, sabahkı oyunda qələbə qazanacaqlarına inanırlar: "Dünən və bu gün məşq üçün vaxtımızı yaxşı istifadə etdik. Yaxşı hissiyyat ilə Bakıya gedirik. Performansımız yaxşı olacaq. Hər fürsətdən istifadə edəcəyik, pozitiv düşünürəm. Bütün diqqətimizi bu oyuna yönəltmişik. Bakıya müdafiə olunmağa getmirik. Hücumda olmağa hazırıq. Sabahkı oyun bizim üçün böyük fürsətdir ki, özümüzü sübut edə bilək. "Qarabağ" pressinq edən komandadır. Biz əks hücumlardan istifadə etməliyik və çalışmalıyıq ki, top daha çox bizdə qalsın. Son iki məşqdən sonra deyə bilərəm ki, əhval-ruhiyyə yüksək səviyyədədir və qalib gələcəyimizə inanıram". Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də start götürəcək. Murad Nəsimi
Mənbə
oxu.az