Cəmiyyət

"Hansı mənzildə işıq yanırdısa, oranı atəşə tuturdular" - 20 Yanvar şahidi

20 Jan 2026, 15:56 2 baxış
"Hansı mənzildə işıq yanırdısa, oranı atəşə tuturdular" - 20 Yanvar şahidi
"1990-cı il yanvarın 19-da axşam saat 21 radələrində məlumat gəldi ki, Azərbaycan Televiziyasının yayım blokunu partladıblar, efir dayanıb. Dedilər ki, əhalini blokada saxlamaq istəyirlər". Bunu Oxu.Az-a açıqlamasında 20 Yanvar hadisələrinin şahidi, Bakı Metropoliteninin əməkdaşı Vilayət Əsgərov deyib. O bildirib ki, həmin gün işdə olub: "Maşinist işləyirdim. Axşam növbəsinə gəldim, təlimat aldıq ki, metro səhərə qədər işləyəcək. Dedilər ki, televiziya blokunu partladıblar. Rəhbərlik soruşdu ki, kim gecə səhərə qədər işləyə bilər? Mən və iş yoldaşlarım buna hazır olduğumuzu dedik. Gecə saat 1 radələrində növbə yoldaşım məni müvəqqəti dəyişdi. Metronun indiki "20 yanvar" stansiyasından çıxanda gördüm ki, tanklar və silahlılar əhaliyə atəş açırlar. Onlar binalarda hansı mənzildə işıq yanırdısa, oranı atəşə tuturdular. Bir nəfər cavan oğlan motosikletlə hərəkətdə olarkən, silahlılar onu atəşə tutdu. Ona köməyə gələn təcili tibbi yardım maşınını da atəşə tutdular, tankla vurub aşırdılar. Həmin gecə səhərə qədər metro ilə yaralıları daşıdıq. Dəhşətli bir gecə idi". Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər