Kriminal
Binəqədidə küçədən kişi meyiti TAPILDI
Bakı şəhəri, Binəqədi rayonunda 93 yaşlı kişinin meyiti tapılıb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, İbrahimpaşa Dadaşov küçəsində Bakı şəhər sakini 1933-cü il təvəllüdlü Ağazəki Məmmədağaoğlunun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb. Faktla bağlı araşdırma aparılır. Aygün Mirakif
Mənbə
oxu.az