Cəmiyyət

Məzahir Pənahov MSK-dan gedəcək? - Özü danışdı

20 Jan 2026, 13:43 2 baxış
Məzahir Pənahov MSK-dan gedəcək? - Özü danışdı

Mərkəzi Seçki Komissiyasını parlament formalaşdırır.


Axar.az xəbər verir ki, bunu Unikal-a açıqlamasında Mərkəz Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.


"Məcəllədə yazılıb. 5 ildən bir olmalıdır", - deyə M.Pənahov bu il MSK-nın səlahiyyət müddətinin başa çatması ilə bağlı suala cavabında bildirib.


Qeyd edək ki, qanunvericiliyə əsasən, MSK-nın səlahiyyət müddəti 5 ildir. Cari ilin aprel ayında Komissiyanın hazırkı tərkibinin fəaliyyətinə yekun vurulacaq. Hazırda MSK-ya Məzahir Pənahov sədrlik edir. O, 19 may 2000-ci ildən etibarən bu vəzifədədir. MSK sədrinin müavini Rövzət Qasımov, MSK-nın katibləri isə Arifə Muxtarova və Mikayıl Rəhimovdur.

Mənbə axar.az

Oxşar Xəbərlər