Cəmiyyət

Bir sıra dövlət və hökumət rəsmiləri Şəhidlər xiyabanını ziyarət ediblər

20 Jan 2026, 12:47 2 baxış
Bir sıra dövlət və hökumət rəsmiləri Şəhidlər xiyabanını ziyarət ediblər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov, elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, ADA Universitetinin rektoru Hafiz Paşayev, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov 20 Yanvar şəhidlərinin xatirəsini anıblar. Oxu.Az-ın məlumatına görə, onlar Şəhidlər xiyabanına gəliblər, şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər, məzarları önünə əklil və gül dəstələri qoyublar. Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş qanlı hadisələrdən 36 il ötür. Həmin gün Azadlıq meydanına və paytaxtın bir sıra küçələrinə yeridilən sovet qoşunları silahlarını, ağır texnikasını dinc sakinlərə, əliyalın istiqlalsevərlərə qarşı yönəldərək Bakıda qırğınlar törədib.
{{gallery}} Məhərrəm Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər