Cəmiyyət

Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıyadək endirildi

20 Jan 2026, 12:38 2 baxış
Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıyadək endirildi

Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar bayraqlar yarıyadək endirilib.


Bu barədə Axar.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.


Bundan başqa, Xankəndi, Xocalı və Ağdərədə 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbirləri də keçirilib, saat 12:00-da Qara Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər