Kriminal

Lerikdə 80 kənd hələ də işıqsızdır

20 Jan 2026, 10:04 1 baxış
Lerikdə 80 kənd hələ də işıqsızdır
"Güclü qar nəticəsində Lerik rayonunun 162 kəndinə elektrik enerjisinin verilişi dayanmışdı". Bunu Oxu.Az-a açıqlamasında Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini - Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov deyib.
O bildirib ki, yağan aramsız qar nəticəsində Masallı rayonundan Lerikə gələn 3510 kilovoltluq hava xəttində qəza baş vermişdi, nəticədə Lerik şəhəri də daxil olmaqla 162 kəndə elektrik enerjisinin verilişi dayanmışdı: "Dünəndən etibarən "Azərişıq" və rayonun aidiyyəti qurumları fasiləsiz işləyir, elektrik enerjisinin bərpasına çalışırlar. Hazırda 80-ə yaxın kənddə hələ də elektrik enerjisi yoxdur, aidiyyəti qurumlar fasiləsiz işləyirlər". Samir Əli
Lerikdə 80 kənd hələ də işıqsızdır
Mənbə oxu.az

Oxşar Xəbərlər