İdman
UEFA Çempionlar Liqası: Əsas mərhələnin yeddinci turuna start verilir
Bu axşam UEFA Çempionlar Liqasının Liqa mərhələsində yeddinci turun oyunları baş tutacaq. Oxu.Az xəbər verir ki, yeddinci tura doqquz qarşılaşma ilə start verilir. Belə ki, "Kayrat" klubu "Brügge" ilə, "Budyo Qlimt" klubu "Mançester Siti" ilə, "Kopenhagen" klubu "Napoli" ilə, "İnter" klubu "Arsenal"la, "Olimpiakos" klubu "Bayer Leverkuzen"lə, "Real Madrid" klubu "Monako" ilə, "Sportinq" klubu PSJ ilə, "Tottenhem" klubu "Borussiya Dortmund"la, "Vilyarreal" isə "Ayaks" klubu ilə üz-üzə gələcək. Qeyd edək ki, turun oyunlarına sabah yekun vurulacaq. 20 yanvar UEFA Çempionlar Liqası VII tur Saat 19:30, "Kayrat" - "Brügge"; Saat 21:45, "Budyo Qlimt" - "Mançester Siti". 21 yanvar Saat 00:00, "Kopenhagen" - "Napoli"; Saat 00:00, "İnter" - "Arsenal"; Saat 00:00, "Olimpiakos" - "Bayer Leverkuzen"; Saat 00:00, "Real Madrid" - "Monako"; Saat 00:00, "Sportinq" - PSJ; Saat 00:00, "Tottenhem" - "Borussiya Dortmund"; Saat 00:00, "Vilyarreal" - "Ayaks".
Mənbə
oxu.az