Kriminal

Lerikdə qar örtüyünün hündürlüyü bir metri keçdi

20 Jan 2026, 09:40 1 baxış
Lerikdə qar örtüyünün hündürlüyü bir metri keçdi
"Lerik rayonuna yağan qar örtüyünün hündürlüyü 1 metrdən artıqdır". Bu barədə Oxu.Az-a Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini - Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov deyib.
Komissiya sədri bildirib ki, hazırda qarın yağması davam edir: "Rayonun mərkəzində qar örtüyünün hündürlüyü 60 santimetrdən artıqdır. Rayonun bəzi ucqar ərazilərində isə qarın hündürlüyü 1 metrdən çoxdur. Rayonun aidiyyəti qurumları səfərbər edilib, yollar qardan təmizlənir. Hazırda əsas yollarda avtomobillərin hərəkəti təmin edilib". Samir Əli
Lerikdə qar örtüyünün hündürlüyü bir metri keçdi
Mənbə oxu.az

Oxşar Xəbərlər