Kriminal

Qazaxda güclü qar səbəbindən evin talvarı çöküb, iki avtomobil altında qalıb

20 Jan 2026, 09:44 1 baxış
Qazaxda güclü qar səbəbindən evin talvarı çöküb, iki avtomobil altında qalıb
Qazaxda yağan güclü qar ciddi fəsadlara yol açıb. Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Abbasbəyli kəndində qeydə alınıb. Belə ki, ötən gecədən başlayan güclü qar kənd sakininə məxsus evin talvarını çökdürüb. Nəticədə vətəndaşa məxsus "Chevrolet Malibu" və "Chevrolet Cruze" markalı minik maşınları talvarın altında qalaraq əzilib. Hazırda qarın yağması davam edir.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər