İdman
Novak Cokoviç tennis tarixində unikal uğur qazandı
Serbiyalı tennisçi Novak Cokoviç "Böyük Dəbilqə" turnirlərində unikal rekorda imza atıb. Bu uğur "Australian Open" turnirinin birinci mərhələsinin matçından sonra baş verib. Oxu.Az bu barədə "OptaAce" saytına istinadən xəbər verir. Cokoviç Avstraliya Açıq çempionatına ispaniyalı Pedro Martines üzərində 6:3, 6:2, 6:2 hesablı qələbə ilə başlayıb. Bu qalibiyyət onun "Australian Open" turnirindəki 100-cü qələbəsi olub. Beləliklə, Cokoviç tarixdə üç fərqli "Böyük Dəbilqə" turnirində 100 və ya daha çox qələbə qazanan ilk tennisçi olub ("Rolan Qarros"da 101 və "Uimbldon"da 102 qələbə).
Mənbə
oxu.az