İdman

Ronaldo "Yuventus"a məhkəmədə qalib gəldi

20 Jan 2026, 00:37 1 baxış
Ronaldo "Yuventus"a məhkəmədə qalib gəldi

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kristiano Ronaldo ödənilməmiş maaşla bağlı "Yuventus"a qarşı məhkəmədə qalib gəlib.


Axar.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.


Turin məhkəməsi "Yuventus"un Ronaldoya 9,7 milyon avro ödəməsi barədə qərara qarşı apelyasiya şikayətini rədd edib.


Məhkəmə iddiası koronavirus pandemiyası zamanı klubun portuqaliyalı hücumçunun maaşının bir hissəsini təxirə salmasına imkan verən gizli razılaşmadan irəli gəlir. Bu razılaşmaya əsasən, "Yuventus" Ronaldoya 9,8 milyon avro borclu idi. Oyunçu əvvəlcə bu məbləğin təxminən ikiqatını - 19,9 milyon avro tələb etsə də, arbitraj məhkəməsi 2024-cü ildə onun iddiasını qismən təmin etdi.

Mənbə axar.az

Oxşar Xəbərlər