Cəmiyyət
Güclü qar səbəbindən Cəlilabad-Yardımlı yolu bağlanıb
Cəlilabad-Yardımlı yolu bağlanıb. Oxu.Az APA-ya istinadla xəbər verir ki, güclü qar səbəbindən Cəlilabad-Yardımlı avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkəti tamamilə dayanıb. Sakinlərin verdiyi məlumata görə, ötən gündən yağan qar nəticəsində Yardımlı rayonu ərazisindən keçən hissəsində, əsasən də döngələrdə hərəkət mümkünsüz olub. Hazırda bu istiqamətdə yolda nəqliyyat vasitələrinin hərəkəti tam dayanıb. Aidiyyəti qurumlar Cəlilabad-Yardımlı yolunda qarın təmizlənməsi işləri aparırlar, nəqliyyatın hərəkəti qismən təmin olunur. Bölgədəki qeyri-sabit hava şəraitinə görə sürücülərə ehtiyatlı olmaları və mümkün olduqda dağlıq ərazilərə səfərdən çəkinmələri tövsiyə olunur.
Mənbə
oxu.az