Cəmiyyət

"Qum adası"nda zirzəmidən keçən su xətti sıradan çıxdı, vətəndaş ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ

19 Jan 2026, 15:20 2 baxış
"Qum adası"nda zirzəmidən keçən su xətti sıradan çıxdı, vətəndaş ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ
Suraxanı rayonunda "Qum adası" adlanan ərazidə yaşayan vətəndaşın evinin zirzəmisində su xətti sıradan çıxıb. Oxu.Az xəbər verir ki, bununla bağlı şikayətini vətəndaş sosial şəbəkədə paylaşıb.
Vətəndaş bildirib ki, aidiyyəti quruma müraciət etsə də, problem həllini tapmayıb. Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, şikayət edən vətəndaşla əlaqə saxlanılıb. "Su axıntısının hansı ünvanda baş verdiyi öyrənilib və qeydə alınıb. Sukanal idarəsinin əməkdaşları əraziyə cəlb olunacaqlar və su axıntısı aradan qaldırılacaq", - deyə məlumatda bildirilib. Əzizə İsmayılova
Mənbə oxu.az

Oxşar Xəbərlər