Kriminal

Bakıda 61 yaşlı kişi pilləkəndən yıxılıb öldü

19 Jan 2026, 13:04 1 baxış
Bakıda 61 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda 61 yaşlı kişi yıxılıb ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi zamanı baş verib. Qəsəbə sakini, 1965-ci il təvəllüdlü Asif Babayev tikinti sahəsində fəhlə işləyərkən evin pilləkənindən yıxılıb. Ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilən A.Babayev orada ölüb. Faktla bağlı araşdırmalar aparılır. Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər