Cəmiyyət

Bakı-Sumqayıt qatarı sabah belə hərəkət edəcək

19 Jan 2026, 13:02 3 baxış
Bakı-Sumqayıt qatarı sabah belə hərəkət edəcək

Yanvarın 20-də Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarlar (Bakı-Sumqayıt-Bakı) qeyri-iş gününün cədvəlinə uyğun hərəkət edəcək.


Bu barədə Axar.az-a Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.


Xatırladaq ki, qatarlardan birinin planlı təmirə cəlb edilməsi ilə əlaqədar 21 yanvar tarixindən Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkət cədvəli yenilənəcək.


Yeni qrafikə əsasən:


- Sumqayıtdan 07:30 və 08:00-da çıxan ekspres qatarlar Bakıxanovda da dayanacaq;


- Bakıdan 18:05-də çıxan Pirşağı-Sumqayıt ekspresi isə Sabunçuda da dayanacaq.


Şənbə və bazar günləri cədvəl dəyişməz qalacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər