Cəmiyyət

Sabah Bakıya qar yağacaq

19 Jan 2026, 13:08 3 baxış
Sabah Bakıya qar yağacaq

Bakıda və Abşeron yarımadasında yanvrın 20-də havanın soyuq və arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi, sulu qara, nisbətən yüksək ərazilərdə isə qara keçəcəyi gözlənilir.


Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, mülayim şimal küləyi arabir güclənəcək.


Havanın temperaturu gecə və gündüz 0-3 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət 75-85% təşkil edəcək.


Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 8-13 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə isə 13-18 dərəcə şaxta, gündüz 3-8 dərəcə şaxta olacaq.


Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər