Cəmiyyət

Birol Akgün: "20 Yanvar şəhidləri bugünkü Azərbaycan üçün fədakarlıq etdilər"

19 Jan 2026, 12:38 2 baxış
Birol Akgün: "20 Yanvar şəhidləri bugünkü Azərbaycan üçün fədakarlıq etdilər"
"20 Yanvar günü Azərbaycan xalqı həmişə olduğu kimi, heç nəyə baxmayaraq, müstəqillik və suverenlik iradəsini nümayiş etdirdi". Oxu.Az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Şəhidlər xiyabanında jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azərbaycanın əraziləri işğaldan azad edilərək, həmin şəhidlərimizin arzuları yerinə yetirilib: "Ağır şəraitdə xeyli insan sovet ordusunun qarşısına çıxaraq şəhid oldu. Onlar bu gün gördüyümüz müstəqil, ərazilərini azad etmiş, suveren Azərbaycan üçün böyük fədakarlıq etdilər. Türkiyə həmişə Azərbaycan türklərinin yanında olub. Bu gün də onların yanındayıq, sabah da olacağıq". Məlik Məlikov
Mənbə oxu.az

Oxşar Xəbərlər