Kriminal
Gədəbəydə qadın faciəli şəkildə öldü
Gədəbəy rayonunda qadın dəm qazından boğulub. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Zəhmətabad kəndində baş verib. Kənd sakini, 1972-ci il təvəllüdlü Rəxşəndə Rzayeva yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb. Yaxınları onun meyitini hamamda aşkar ediblər. Faktla bağlı araşdırmalar aparılır. Samir Əli
Mənbə
oxu.az