Kriminal

Bakıda iş yoldaşını öldürənə hökm oxunub

19 Jan 2026, 12:56 1 baxış
Bakıda iş yoldaşını öldürənə hökm oxunub
Bakıda iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Şahlar Ağayevin cinayət işi üzrə məhkəməsi yekunlaşıb. Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə görə Şahlar Ağayev 9 il azadlıqdan məhrum edilib. Xatırladaq ki, ötən prosesdə prokuror təqsirləndirilənin 12 il azadlıqdan məhrum olunmasını məhkəməyə təklif etmişdi. Qeyd edək ki, 1999-cu il təvəllüdlü Şahlar Ağayev Yasamal rayonu, Tbilisi prospekti ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1992-ci il təvəllüdlü Pünhan Fərzallını bıçaqlayaraq öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Onu da qeyd edək ki, hər iki şəxs Bakıdakı tanınmış çörək zavodlarından birinin işçisi olub. Elgün Həsənli
Mənbə oxu.az

Oxşar Xəbərlər