Cəmiyyət
Agentlik sədri: "102 yaşlı vətəndaşa 37 ildir evində sosial xidmət göstərilir"
"Sosial Xidmətlər Agentliyinin regional filialları tərəfindən 2025-ci il ərzində 2 969 nəfəri qadın, 919 nəfəri kişi olmaqla, ümumilikdə 3 888 nəfər vətəndaşa evdə - səyyar sosial xidmət göstərilib". Oxu.Az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov "2025-ci ilin yekunları və qarşıda duran hədəflər"ə dair keçirilən mətbuat konfransında çıxışı zamanı deyib. V.Behbudov qeyd edib ki, evdə sosial xidmət görən ən yaşlı vətəndaş Nina Ryabsevadır: "Onun 102 yaşı var və artıq 37 ildir ki, bu xidmətdən yararlanır". Sədr vurğulayıb ki, bu xidməti göstərdikləri kontingent arasında şəhidlərimizin ailə üzvləri də var: "Agentlik olaraq 2025-ci il ərzində 40 şəhid ailəsi üzvünü evlərində sosial-məişət xidməti ilə təmin etmişik. Hazırda isə 31 şəhid ailəsi üzvü tərəfimizdən bu xidmətlə təmin edilir". Aygün Mirakif
Mənbə
oxu.az