Dünya

Portuqaliyada prezident seçkisində səsvermə başa çatıb

18 Jan 2026, 23:34 1 baxış
Portuqaliyada prezident seçkisində səsvermə başa çatıb
Portuqaliyanın materik hissəsində prezident seçkisində səsvermə başa çatıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, ən yüksək dövlət vəzifəsi uğrunda rekord sayda - 11 namizəd (10 kişi və bir qadın) mübarizə aparır. İlkin nəticələrin gecə saatlarında açıqlanması gözlənilir. Əgər heç bir namizəd səslərin 50%-dən çoxunu toplaya bilməsə, ölkə fevralın 8-də təkrar seçkiyə gedəcək. Hazırkı Prezident Marselo Rebelo de Souza 2016-cı ildə vəzifəyə gəlib və 2021-ci ildə yenidən seçilib. Yerli qanunvericilik ardıcıl iki müddətdən artıq seçilməyi qadağan edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər