Dünya

Amerikalıların Qrenlandiya məsələsinə münasibəti məlum oldu

18 Jan 2026, 22:12 8 baxış
Amerikalıların Qrenlandiya məsələsinə münasibəti məlum oldu
Amerikalıların təxminən 90%-i ABŞ-nin Qrenlandiyada hərbi güc tətbiq etməsini istəmir. Oxu.Az xəbər verir ki, bunu CBS və "YouGov" tərəfindən aparılan sorğunun nəticələri sübut edir. Respondentlərin 86%-i ABŞ-nin Qrenlandiya üzərində nəzarəti bərqərar etmək üçün hərbi güc tətbiq etməsini dəstəkləmədiklərini bildirib. Lakin 14%-i bu addımı dəstəkləyib. Həmçinin respondentlərin 70%-i Trampın Qrenlandiyanı almaq üçün federal vəsaitlərdən istifadə etməsinə qarşı olduqlarını bildirib. 30%-i isə buna razıdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər