Dünya
İspaniyanın baş naziri Putini "dünyanın ən xoşbəxt insanı" edəcək hadisəni açıqlayıb
İspaniyanın Baş naziri Pedro Sançes xəbərdarlıq edib ki, ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı iddialarını reallaşdırması Rusiya lideri Vladimir Putinə eyni anda iki qələbə bəxş edərək onu "dünyanın ən xoşbəxt adamı" edəcək. Oxu.Az bu barədə "La Vanguardia" nəşrinə istinadən xəbər verir. P.Sançes ABŞ-nin Qrenlandiyanı potensial güc yolu ilə ələ keçirməsini Rusiyanın dərhal iki genişmiqyaslı qələbə qazanmasına imkan verəcək ssenari adlandırıb: "ABŞ-nin bu əraziyə müdaxiləsi Vladimir Putini dünyanın ən xoşbəxt insanı edərdi. Niyə? Çünki bu, onun Ukraynaya müdaxiləsini legitimləşdirə bilər. Əgər ABŞ Qrenlandiyada güc tətbiq etsə, bu, NATO üçün ölümcül zərbə olar və Putin sevinmək üçün ikiqat səbəb qazanar".
Mənbə
oxu.az
Oxşar Xəbərlər