Dünya

Səkkiz Avropa ölkəsi Qrenlandiya ilə bağlı birgə bəyanat yayıb

18 Jan 2026, 19:00 1 baxış
Səkkiz Avropa ölkəsi Qrenlandiya ilə bağlı birgə bəyanat yayıb
Danimarka, Finlandiya, Fransa, Almaniya, Niderland, Norveç, İsveç və Birləşmiş Krallıq ortaq transatlantik maraqlar kimi Arktika təhlükəsizliyinin gücləndirilməsinə sadiq qaldıqlarını ifadə edən birgə bəyanat yayıblar. Oxu.Az xəbər verir ki, bəyanat İsveç hökumətinin saytında dərc edilib. "Biz Danimarka Krallığı və Qrenlandiya xalqı ilə tam həmrəyliyimizi ifadə edirik. Ötən həftə başlayan prosesə əsaslanaraq, qəti şəkildə dəstəklədiyimiz suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan dialoqa hazırıq", - bəyanatda deyilir. Avropa ölkələri hesab edirlər ki, tarif təhdidləri transatlantik münasibətləri sarsıdır və təhlükəli eskalasiya riskini yaradır. Bəyanata imza atan dövlətlər suverenliklərini qorumaq üçün öz addımlarını əlaqələndirmək niyyətindədirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər