Dünya
Çində yarış zamanı siqaret çəkdiyinə görə iki iştirakçı oyundan kənarlaşdırıldı
Syamen Marafonunun təşkilatçıları yarış zamanı siqaret çəkdiyinə görə iki idmançını oyundan kənarlaşdırıblar. Oxu.Az xəbər verir ki, məlumatı "Sinxua" agentliyi yayıb. Yarış komitəsi qayda pozanların nəticələrini ləğv edib və onlara növbəti iki il ərzində marafonlarda iştirak etmək qadağan olunub. Syamen Marafonu Çində ən böyük yarışlardan biridir. "World Athletics" onu platin səviyyəli yarış kimi təsnif edir ki, bu da iştirakçılar üçün ən sərt tələbləri nəzərdə tutur.
Mənbə
oxu.az
Oxşar Xəbərlər