Dünya

Şahzadə Uilyama malikanəsində skuter sürmək qadağan edildi

18 Jan 2026, 09:00 1 baxış
Şahzadə Uilyama malikanəsində skuter sürmək qadağan edildi
Şahzadə Uilyama Vindzor qəsrindəki yeni malikanəsinin ərazisində elektrikli skuter sürmək qadağan edilib. Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Nəşr qadağanın kral parkının mövcud qaydaları ilə bağlı olduğunu aydınlaşdırıb.
Təhlükəsizlik səbəbləri və nəqliyyatın hərəkətini tənzimləmək üçün sözügedən ərazidə elektrikli skuterlərdən istifadəyə icazə verilmir. Buna görə də əvvəllər bu qeyri-adi nəqliyyat vasitəsindən sərbəst istifadə edən şahzadə indi piyada gəzməyə məcburdur.
Mənbə oxu.az

Oxşar Xəbərlər