Dünya
Estoniya müdafiəyə rekord məbləğdə pul xərcləyəcək
Bu il Estoniyanın müdafiə büdcəsi respublika üçün rekord göstərici olan ümumi daxili məhsulun 5.4%-nə çatacaq. Oxu.Az "İnterfaks"a istinadən xəbər verir ki, bunu Baş nazir Kristen Mixal açıqlayıb. "2026-cı ildə Estoniyanın müdafiə xərcləri tarixi rekord həddədir: Təxminən 2.4 milyard avro və ya ÜDM-in 5.43%-i", - deyə Estoniya hökumətinin başçısı vurğulayıb. O həmçinin ötən il Müdafiə Nazirliyi tərəfindən planlaşdırılan bütün satınalmaların uğurla başa çatdığını və nəticədə ümumi dəyəri 545 milyon avro olan silah və sursatın alındığını qeyd edib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər