Dünya

Rusiyada gözünə linza taxan qız görmə qabiliyyətini itirdi

18 Jan 2026, 05:31 1 baxış
Rusiyada gözünə linza taxan qız görmə qabiliyyətini itirdi
Rusiyanın Novosibirsk bölgəsindən olan bir qız gecə gözünə kontakt linzalar taxması səbəbindən görmə qabiliyyətini itirib. Oxu.Az xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, rusiyalı linza taxarkən gözün buynuz qişasını zədələyib. Yüngül zədə onun gözündə infeksiyaya səbəb olub. Bu da sürətli iltihaba və görmə qabiliyyətinin itirilməsinə gətirib çıxarıb. Qız əvvəlcə gözündə qızartı və şiddətli qıcıqlanma hiss edib, lakin oftalmoloqun təyin etdiyi müalicə faydasız olub. Onun vəziyyəti pisləşib, ağrıları artıb və həkimlər daha sonra yoluxucu keratit diaqnozu qoyublar. Bir neçə əməliyyat keçirsə də, həkimlər sonda qızın gözünün birini çıxarmağa məcbur olublar. Hazırda Rusiya sakini protez gözdən istifadə edir. Problemlər bununla da bitməyib. Onun digər gözündə də iltihab və qızartı yaranıb. Həkimlər onun səhhətini yaxından izləyirlər. İnfeksiya davam edərsə və ya immun sistemi zəifləsə, qızın digər gözünün də kor olmaq təhlükəsi var. Bundan əlavə, xəstəlik və zəifləmiş immun sistemi səbəbindən qızda diabet də inkişaf edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər