Dünya
Portuqaliyada prezidentlik uğrunda on bir namizəd mübarizə aparacaq
Yanvarın 18-də Portuqaliyada prezident seçkisi keçiriləcək. Oxu.Az TASS-a istinadən xəbər verir ki, ən yüksək dövlət vəzifəsi uğrunda rekord sayda namizəd - 11 nəfər (10 kişi və bir qadın) mübarizə aparır. Seçki məntəqələri yerli vaxtla səhər saat 8:00-da (Bakı vaxtı ilə saat 12:00) açılacaq və axşam saat 7:00-a qədər (Bakı vaxtı ilə saat 22:00) fəaliyyət göstərəcək. İlkin nəticələrin elə həmin gecə açıqlanması gözlənilir. Ölkə qanunvericiliyinə görə, prezident ümumi, birbaşa və gizli səsvermə yolu ilə beşillik müddətə seçilir. Əgər heç bir namizəd səslərin 50%-dən çoxunu toplaya bilməsə, fevralın 8-də təkrar seçki keçiriləcək.
Mənbə
oxu.az
Oxşar Xəbərlər