Dünya
Ayn əl-Əsəd hava bazası İraq ordusunun nəzarətinə keçib
İraq ordusu ABŞ qüvvələrinin geri çəkilməsinin ardından beynəlxalq koalisiya tərəfindən istifadə edilən Ayn əl-Əsəd hava bazasına tam nəzarəti ələ keçirib. Oxu.az xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyinin açıqlamasında bildirilib. Qeyd olunub ki, əməliyyata Baş Qərargah rəisi Əbdül Əmir Rəşid Yarallah rəhbərlik edib. Baş Qərargah rəisi bazada müxtəlif bölmə və birləşmələrin yerləşdirilməsini təmin edib. Xatırladaq ki, Ayn əl-Əsəd hava bazası İraqın qərbindəki Ənbar əyalətində yerləşir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər