Dünya
Suriya ordusu Tabqa aviabazasını terrorçulardan azad etdi
Suriya ordusu Tabqa hava bazasını SDF/YPG terrorçu qruplaşmasından azad edərək əraziyə nəzarəti ələ keçirib. Ordu tərəfindən azad edilən ərazilərin sakinləri terrorçuların simvollarını məhv ediblər.
Oxu.Az bu barədə Suriya mediasına istinadən xəbər verir. Məlumata görə, Suriya keçid hökuməti kürd koalisiyası olan Suriya Demokratik Qüvvələrindən (SDQ) döyüşçülərini Fəratın qərb sahilindəki mövqelərindən tamamilə geri çəkmələrini tələb edib. Bu barədə Suriya ordusunun əməliyyat komandanlığının bəyanatında bildirilib. Ordu rəhbərliyi qeyd edib ki, razılaşmalara riayət etmək gərginliyə son qoymağın yeganə yoludur.

Mənbə
oxu.az
Oxşar Xəbərlər