Kriminal

Sumqayıtda aptekdə yanğın olub

17 Jan 2026, 18:26 1 baxış
Sumqayıtda aptekdə yanğın olub
Sumqayıt şəhərində yanğın hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə şəhərin 36-cı məhəlləsində yerləşən apteklərdən birində qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və xüsusi texnikası cəlb olunub. Dərhal zəruri və operativ tədbirlərlə yanğın söndürülüb. Hazırda yanğının başvermə səbəbləri araşdırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər