Kriminal
Əməllərini ört-basdır etmək üçün kamera görüntülərini də oğurlayan şəxs saxlanıldı
Sumqayıt şəhərində gecə saatlarında naməlum şəxs iki mağazadan oğurluq edib. Oxu.Az xəbər verir ki, o, əməlini ört-basdır etmək üçün mağazaların birindən kamera görüntülərini də oğurlayıb. Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı A.Xəlilov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az