Dünya
Suriya ordusu SDQ-nin ələ keçirdiyi neft yataqlarını nəzarətə götürüb
Suriya ordusu ölkənin şimalındakı Raqqa bölgəsində Suriya Demokratik Qüvvələrinin (SDQ) ələ keçirdiyi iki neft yatağını nəzarət altına alıb. Oxu.Az xəbər verir ki, bu barədə "Əl-İxbariya" telekanalı Suriya keçid hökumətinin silahlı qüvvələrinin əməliyyat komandanlığına istinadən məlumat yayıb. Xəbərə görə, söhbət Tabka şəhəri yaxınlığında yerləşən Safyan və Es-Savra yataqlarından gedir. Bildirilib ki, bu gün səhər saatlarında Suriya ordusu SDQ qüvvələrini məğlub edərək Hələbin şərqindəki Deyr-Hafer şəhəri üzərində nəzarəti ələ keçirdikdən sonra Rakka əyalətində mövqe tutublar. Hökumət qüvvələri Fərat çayının qərb sahilindəki Debsi-Afnan yaşayış məntəqəsini ələ keçirdikdən sonra isə Tabqa şəhərinə doğru irəliləyiblər.
Mənbə
oxu.az