Dünya

Ukrayna nümayəndə heyəti ABŞ-dədir - Sülh prosesi üzrə mühüm müzakirə

17 Jan 2026, 15:48 1 baxış
Ukrayna nümayəndə heyəti ABŞ-dədir - Sülh prosesi üzrə mühüm müzakirə
Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, Prezident Ofisinin rəhbəri Kirill Budanov və hakim "Xalq Xidmətçisi" Partiyasının parlament fraksiyasının rəhbəri David Araxamiya sülh prosesi üzrə danışıqlar aparmaq üçün ABŞ-yə gediblər. Oxu.Az xəbər verir ki, Kirill Budanov bu barədə öz "Telegram" kanalında yazıb: "ABŞ-yə çatdım. Rustem Umerov və David Araxamiya ilə birlikdə sülh müqaviləsinin təfərrüatları ilə bağlı amerikalı tərəfdaşlarımızla vacib söhbətimiz var. Stiv Uitkoff, Cared Kuşner və Daniel Driskolla birgə görüş planlaşdırılır".
Mənbə oxu.az

Oxşar Xəbərlər