Dünya

Tramp: "Cəmi bir həftə ərzində Venesuelanı tamamilə dəyişdik"

17 Jan 2026, 11:10 1 baxış
Tramp: "Cəmi bir həftə ərzində Venesuelanı tamamilə dəyişdik"
"Artıq Venesuelaya ABŞ nəzarət edir. Maduro ABŞ-yə və dünyaya qarşı cinayətlərinə görə məsuliyyət daşıyır". Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp deyib. "Biz Maduronu ABŞ-yə və dünyaya qarşı cinayətlərinə görə həbs etdik. İndi Venesuelanı biz idarə edirik. Cəmi bir həftə ərzində bu ölkəni tamamilə dəyişdik", - deyə ABŞ lideri bildirib. Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı əməliyyat keçirib, nəticədə prezident Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores həbs edilərək Nyu-Yorka aparılıblar. ABŞ Prezidenti Donald Tramp Maduro və Floresin narkoterrorizm və ABŞ-ni təhdid etmək ittihamı ilə mühakimə olunacaqlarını açıqlayıb. Venesuelanın vitse-prezidenti Delsi Rodriges müvəqqəti dövlət başçısı elan edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər