Cəmiyyət
Sakinlərin NƏZƏRİNƏ: 3000 abonent qazsız qalacaq
Tovuz rayonunun bəzi kəndlərində qaz təchizatında fasilələr yaranacaq. Oxu.Az xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismar İdarəsi (RQİİ) məlumat yayıb. "Şəmkir RQİİ-nin Tovuz Xidmət Sahəsində Tovuz AQPS-nin "Tovuz Əhali" ölçü qovşağından qidalanan Aşağı Öysüzlü kəndi ərazisində PE - 250 mm-lik ortatəzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar olaraq həmin qaz xəttindən qidalanan Əlibəyli, Hacallı, Yuxarı Mülkülü, Aşağı Öysüzlü, Yuxarı Öysüzlü kəndlərinin qaz təminatı yanvarın 19-da, saat 10:00-dan işlər başa çatanadək (təqribən 3 000 abonent) daxildən dayandırılacaq", - məlumatda qeyd olunub.
Mənbə
oxu.az