Cəmiyyət
"Əvvəllər övladları üçün həyat yoldaşını valideynlər seçərdi" - Qayınana və gəlin münasibəti keçmişdə necə olub?
Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qəhrəmanı Ağdam sakini Suriyyə Zülfüqarova olub. O, keçmişin ailə münasibətlərindən söz açıb.
Suriyyə Zülfüqarovanın sözlərinə görə, əvvəllər övladları üçün həyat yoldaşını valideynlər seçərdi: "Özüm də valideynlərimin seçimi ilə ailə qurmuşam". Ağdam sakini ailədə qayınanası ilə olan münasibətindən də bəhs edib: "Biz həyat yoldaşımla qayınanamdan ayrı yaşayırdıq. Ancaq ərimə yalvarırdım ki, o, bizimlə qalsın. Çünki qayınanamı doğma anam kimi sevirdim". O, həmçinin işğaldan azad edilən Ağdama gedəndə hiss etdiklərindən danışıb: "Ağdama gedəndə ermənilərin ev-eşiyimi tamamilə dağıtdıqlarını gördüm. Amma indi sevinirəm ki, doğma yurdum bu gün abadlaşır, orada gözəl binalar tikilir. Qarabağı çox sevirəm. Ora əsrarəngiz gözəlliyə malikdir".

Mənbə
oxu.az