Dünya

Tramp ABŞ-nin Qrenlandiya planlarına qarşı çıxan ölkələri hədələdi

16 Jan 2026, 23:48 1 baxış
Tramp ABŞ-nin Qrenlandiya planlarına qarşı çıxan ölkələri hədələdi
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələri də daxil olmaqla, Vaşinqtonun Qrenlandiyanı ilhaq etmək planlarına qarşı çıxan ölkələri onların məhsullarına tarif tətbiq edə biləcəyi ilə hədələyib. Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir. "Qrenlandiya ilə bağlı razılığa gəlməsələr, onlara tarif tətbiq edə bilərəm. Çünki milli təhlükəsizlik üçün Qrenlandiyaya ehtiyacımız var. Buna görə də mən bunu edə bilərəm", - deyə dövlət başçısı bildirib. Tramp, həmçinin özünü "tariflər kralı" adlandırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər