Cəmiyyət

Abşeronun Məmmədli kəndində evlərin ZİRZƏMİLƏRİNİ SU BASDI

16 Jan 2026, 17:36 2 baxış
Abşeronun Məmmədli kəndində evlərin ZİRZƏMİLƏRİNİ SU BASDI
Abşeron rayonunun Məmmədli kəndində bir çox evləri su basıb. Oxu.Az xəbər verir ki, bu barədə videogörüntü yayımlanıb. Qeyd edilib ki, bu cür vəziyyətin yaranmasına səbəb iki gün əvvəl havanın yağıntılı keçməsi olub.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu cür vəziyyətin yaranmasına səbəb ərazidə xidmətin mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin mövcud olmamasıdır. "Bir çox yağış suyu kollektorlarının kanalizasiya xətlərinə qoşulması sistemlərdə əlavə yüklənmələr yaradır ki, bu da xüsusilə intensiv yağıntılar zamanı subasma hallarının artmasına səbəb olur. Mövcud problemlərin kompleks şəkildə həlli məqsədilə 12 yanvar 2026-cı il tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illəri əhatə edən Dövlət Proqramı təsdiq edilib. Proqram çərçivəsində su mənbələrinin dayanıqlığının təmin edilməsi, suyun mənbədən götürülməsi, emalı, nəqli, saxlanılması və paylanması proseslərinin optimallaşdırılması nəzərdə tutulur. Dövlət Proqramının icrası bir çox yaşayış məntəqələrində kanalizasiya və yağış suları infrastrukturunun mərhələli şəkildə qurulmasına, yenilənməsinə, yeni kollektorların və nasos stansiyalarının tikintisinə, mövcud xətlərin buraxılış qabiliyyətinin artırılmasına imkan yaradacaq. Nəticədə bu ərazilərdə ekoloji vəziyyətin yaxşılaşdırılması, əhalinin həyat və məişət şəraitinin yüksəldilməsi, həmçinin dayanıqlı və təhlükəsiz su təsərrüfatı sisteminin formalaşdırılması təmin ediləcək", - deyə məlumatda bildirilir. Əzizə İsmayılova
Mənbə oxu.az

Oxşar Xəbərlər