Cəmiyyət
Suriyadan dördü uşaq olmaqla beş Azərbaycan vətəndaşı ölkəyə repatriasiya edilib
Suriyadan daha beş Azərbaycan vətəndaşı (ana və dörd övladı) ölkəyə repatriasiya edilib. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatı məlumat yayıb. Bildirilib ki, Ombudsmanın nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilən həmin repatriantlarla görüş keçiriblər. Görüş zamanı repatriantların hüquqlarının təmin edilməsi vəziyyəti araşdırılıb, mövcud problemləri və ehtiyacları öyrənilib, onların cəmiyyətə inteqrasiyası, təhsil və məşğulluq imkanlarından yararlanması istiqamətində tövsiyələr verilib.
Mənbə
oxu.az