Kriminal
Binəqədidəki yataqxanada baş verən yanğında zəhərlənənlər var
Universitetinə aid, keçmiş məcburi köçkünlərin yaşadığı yataqxanada baş verən yanğında iki nəfər tüstüdən zəhərlənib. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib. Məlumatda qeyd olunub ki, saat 14:30-da çağırış ünvanına dərhal dörd təcili tibbi yardım briqadası cəlb olunub: "Təcili tibbi yardım briqadası tərəfindən iki nəfərə (qadın) tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə yerində tibbi xidmət göstərilib". Məhərrəm Əliyev
Mənbə
oxu.az