Dünya

Ağ Ev "yarımkeçirici müharibəsi"ni kəskinləşdirir: 25 faizlik rüsumlar təsdiqləndi

15 Jan 2026, 10:22 1 baxış
Ağ Ev "yarımkeçirici müharibəsi"ni kəskinləşdirir: 25 faizlik rüsumlar təsdiqləndi
ABŞ Prezidenti Donald Tramp bəzi yarımkeçiricilərin və onların istehsal avadanlıqlarının idxalına 25% rüsum tətbiq edib. Oxu.Az-ın xəbərinə görə, müvafiq fərman Ağ Evin saytında dərc edilib. Tramp qeyd edib ki, bu addım milli təhlükəsizliyi təmin etmək üçün atılıb. Yeni rüsumlar ABŞ-nin çip istehsalının inkişafı, məlumat mərkəzlərində istifadə, tədqiqat və işlənib hazırlanma, startaplar və mülki sənaye tətbiqləri üçün xaricdən idxal edilən müəyyən mallara şamil olunacaq. Ağ Evdən bildirilib ki, ABŞ-nin istehsal gücü milli müdafiə tələblərinin və kommersiya sənayesinin artan tələblərinin ödənilməsi üçün kifayət etmir.
Mənbə oxu.az

Oxşar Xəbərlər