Dünya
Tramp Venesuelanın müvəqqəti prezidenti Rodrigesin ABŞ-yə səfər etməsinə icazə verdi
"Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges gələcəkdə ABŞ-yə səfər etmək niyyətindədir". Oxu.Az-ın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bunu "Reuters" agentliyinə verdiyi müsahibədə bildirib və qeyd edib ki, o da öz növbəsində Venesuelaya səfər etməyi planlaşdırır. "İnanıram ki, o, nə vaxtsa ABŞ-yə gələcək və mən də onların ölkəsinə gedəcəyəm", - deyə o bildirib və əlavə edib ki, Rodrigeslə işgüzar münasibətlər qurmaq çox yaxşıdır. Ağ Ev rəhbəri bu planların qısamüddətli olmadığını açıq şəkildə bildirib.
Mənbə
oxu.az