Dünya

Yeni kəşf edilən asteroid Yerlə toqquşa bilər

15 Jan 2026, 02:48 1 baxış
Yeni kəşf edilən asteroid Yerlə toqquşa bilər
"Yanvarın 14-də kəşf edilən CE2XZW2 adlı asteroid Yerlə toqquşa bilər, lakin planetin özü bundan zərər görməyəcək". Oxu.Az xəbər verir ki, bu barədə "RIA Novosti" agentliyinə Rusiya Elmlər Akademiyasının Tətbiqi Astronomiya İnstitutunun aparıcı elmi əməkdaşı Nikolay Jeleznov məlumat verib. Astronomun sözlərinə görə, CE2XZW2-nin nominal orbiti Yer mərkəzindən təxminən 3 min kilometr məsafədə yerləşir. "Bu, o deməkdir ki, toqquşma baş verə bilər. Lakin bu, hələlik bir ehtimaldır", - deyə Jeleznov qeyd edib. Alim vurğulayıb ki, toqquşmanın dəqiq vaxtını qiymətləndirmək üçün hələ kifayət qədər məlumat yoxdur, çünki yeni kəşf edilmiş asteroidlərin orbitləri ilkin mərhələdə dəqiq müəyyənləşdirilmir.
Mənbə oxu.az

Oxşar Xəbərlər