Dünya

KİV: "Lufthansa" əməkdaşlarını İsraili tərk etməyə çağırıb

14 Jan 2026, 23:06 1 baxış
KİV: "Lufthansa" əməkdaşlarını İsraili tərk etməyə çağırıb
"Lufthansa" aviaşirkətlər qrupu öz əməkdaşlarını İsraili tərk etməyə hazırlaşmağa çağırıb. Oxu.Az bu barədə N12 agentliyinə istinadən məlumat verir. Məlumata görə, İsraillə hava əlaqəsi yanvarın 15-dən etibarən dayandırıla bilər. "Lufthansa" qrupuna daxil olan aviaşirkətlər arasında "Lufthansa", "Austrian Airlines", "Swiss Air", "Eurowings" və "Brussels Airlines" var. Bundan əlavə, "Austrian Airlines" aviaşirkəti sabahkı Vyana - Təl-Əviv və Təl-Əviv - Vyana reyslərinin ləğv edildiyini açıqlayıb. Şirkətdən bildirilib ki, bu qərar əlverişsiz hava şəraiti səbəbindən verilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər