Dünya

KİV: Britaniya da Qətərdəki hərbi bazadan hərbçilərini təxliyə etməyə başladı

14 Jan 2026, 23:30 1 baxış
KİV: Britaniya da Qətərdəki hərbi bazadan hərbçilərini təxliyə etməyə başladı
Böyük Britaniya Yaxın Şərqdə vəziyyətin gərginləşməsi səbəbindən ABŞ-dən sonra Qətərdəki Əl-Udeyd aviabazasından hərbçilərini təxliyə etməyə başlayıb. Oxu.Az xəbər verir ki, "iPaper" qəzeti bu barədə mənbələrə istinadən məlumat yayıb Qeyd edilib ki, Böyük Britaniya Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları Əl-Udeyd aviabazasında ABŞ hərbçiləri ilə birlikdə dislokasiya olunublar. Daha əvvəl "Reuters" agentliyi məlumat vermişdi ki, Vaşinqton personalın bir hissəsinə Əl-Udeyd bazasını tərk etməyi tövsiyə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər